“Qarabağ”ın keçmiş futbolçularından biri yenidən Azərbaycanda çıxış edə bilər.
Söhbət niderlandlı legioner Leroy Corcdan gedir. 33 yaşlı yarımmüdafiəçi klublarımızın birindən təklif alıb. Bu barədə futbolçunun özü məlumat versə də, həmin klubun adını açıqlamayıb. Əgər maliyyə məsələsində razılıq əldə olunsa, növbəti mövsümdən Leroy Corc yenidən Azərbaycan çempionatında oynayacaq. Qeyd edək ki, “Qarabağ”da 2013-cü ildən 2015-ci ilə qədər oynayan futbolçu 60 oyunda meydana çıxaraq 19 qol vurub.